Dollar alışı kəskin azalıb – Aylar üzrə statistika açıqlandı

Dollar alışı kəskin azalıb – Aylar üzrə statistika açıqlandı

Bu ilin mart ayında dollara artan kəskin tələbdən sonra dollar alışında sürətli azalma müşahidə edilir.


 

Sfera.az-ın məlumatına görə, Mərkəzi Bankın açıqlamasına əsasən, mayda banklardan nağd şəkildə alınan dolların məbləği mart ayına nisbətən 5,1 dəfədən çox azalıb.


 

Martda banklardan nağd şəkildə 1 milyard 163 milyon dollar alınmışdı. Nağd dollar alışı apreldə 304 milyona, mayda 228 milyona enib.

 

 

Mayda dollarla bərabər Azərbaycanda tələb böyük olan digər xarici valyutaların nağd alışında da azalma var. Mart ayı ilə müqayisədə ingilis funt sterlinqinin alışı 6 dəfə azalaraq 540 minə, avro alışı 1,23 dəfə azalaraq 16 milyona, rus rublunun alışı 2,56 dəfə azalaraq 168 milyona enib.

 

 

Nağd valyuta satışında isə aprelə nisbətən artım var. May ayında aprellə müqayisədə bütün xarici valyutaların nağd satışı artıb. Dollar satışı 1,7 dəfə artaraq 71,2 milyona, funt sterlinq satışı 1,2 dəfə artaraq 189 minə, avro satışı 1,2 dəfə artaraq 4,73 milyona, rubl satışı 1,6 dəfə artaraq 874 milyona yüksəlib.

Mövcud vəziyyətin yaratdığı dinamika göstərir ki, oxşar dəyişikliklər iyunda da davam edib.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

"Komedixana"nın aktrisasına verilən sual müzakirələr yaratdı - VİDEO

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.   Sfera.az- xəbər verir ki, ona "Qız atası" serialının çəkiliş komandasının üzvünü...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçir...

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.   Sfera.az xəbər verir ki, bu, serbiyalı mütəxəssis Saşa İliçdir.   47 yaşlı m...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu ba...

"Ərimi güdüb, yaxud soyunub gündəm olmamışam"

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.   Sfera.az xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən ifaçı iddialı danışıb....

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələr...