“Səndən sonra heç vaxt evlənməyəcəm” — Xərçəngdən əziyyət çəkən aktrisadan kədərli ETİRAF

“Səndən sonra heç vaxt evlənməyəcəm” — Xərçəngdən əziyyət çəkən aktrisadan kədərli ETİRAF
Əməkdar artist Tünzalə Əliyeva əziyyət çəkdiyi xərçəng xəstəliyindən danışarkən göz yaşlarını saxlaya bilməyib.

Sfera.az xəbər verir ki, o, bu barədə ARB-də yayımlanan "Hüseynova bacıları” verilişində danışıb. Aktrisa çətin zamanlarında böyük dəstəkçisinin həyat yoldaşı olduğunu bildirib.

"Çox çətin zamanlardan keçmişik. Hər dəfə kimyaterapiyadan sonra 5-6 saat komatoz vəziyyətdə oluram, halım olmur, uşağa həyat yoldaşım baxır. O, mənim ən böyük dəstəkçimdir”.

Daha sonra Tünzalə Əliyeva həyat yoldaşının ona etdiyi səmimi etirafından da danışıb.
"Hərdən düşünürəm ki, bəlkə Röyal başqa qadınla evlənsəydi, daha xoşbəxt olardı. Mən xəstəliyimə görə, onu tam xoşbəxt edə bilmirəm. Bir dəfə mən belə danışanda o, mənə "Saçlarım ağarana qədər sənin yanındayam. Sənə bir şey olsa, mən heç vaxt evlənmərəm, bunu bir dəfə bil” dedi. Onun bu sözləri məni çox kövrəltdi. Övladımızı boya-başa çatırmaq üçün Allah bizə uzun ömür versin”,- deyə o, bildirib.

Qeyd edək ki, əməkdar artist iki ildir xərçəng xəstəliyindən əziyyət çəkir.

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...