Lukaşenko: “Putinə dedim ki, Belarusu itirə bilməzsiniz”

Lukaşenko: “Putinə dedim ki, Belarusu itirə bilməzsiniz”
"Rusiya Belarusu ya iqtisadi, ya da siyasi baxımdan itirmək istəmir. Çünki Minsk Moskva üçün yeganə müttəfiqdir”.

Sfera.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Minsk bölgəsinin nümayəndələrilə görüşündə deyib.

"Belarus 1” telekanalında yayımlanan görüşdə Belarus prezidenti bildirib ki, Rusiya ilə qalan yeganə müttəfiq Belarus idi. Rusiya Prezidenti Vladimir Putinə tez-tez belə deyirdim: Mən sizi başa düşürəm, Belarusu itirə bilməzsiniz. Belarusu xilas edə də bilməzsiniz. Niyə? Çünki Rusiyanı marjinal bazarlardan sıxışdırma prosesi başlayıb”.

Lukaşenko əlavə edib ki, ölkəsi Almanlardan sonra Rusiyanın ikinci qaz alıcısıdır və böyük həcmdə nefti emal edir: "Əlbəttə ki, Rusiya Belarusu iqtisadi cəhətdən itirmək istəmir. Ən başlıcası isə siyasi baxımdan”.
Belarus prezidenti onu da vurğulayıb ki, Belarusun itirilməsi Rusiyanın daxili siyasətinə ən güclü zərbədir. //APA
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...