Messi artıq “Real”ın futbolçusudur - Gizli sövdələşmə baş tutdu - Şok xəbər

Messi artıq “Real”ın futbolçusudur - Gizli sövdələşmə baş tutdu - Şok xəbər
Nəhayət ki, dünya futbolunu silkələyəcək xəbər yayıldı. "Real” 250 milyon avroluq sərbəst qalma maddəsini qarşılayaraq Lionel Messi ilə razılığa gəlib.
 
Publika.az news-goal.com saytına istinadən xəbər verir ki, "Real” əzəli rəqibi "Barselona”nın əfsanəvi futbolçusu Lionel Messi ilə gələn mövsümdən etibarən beş illik müqavilə bağlayıb.
 
Futbol tarixinə keçən transfer "Kral klubu”na ümumilikdə, Messinin illik ödənişi, vergilər və bonuslarla birlikdə təxminən yarım milyard avroya başa gələcək.
 
Madridlilər sabah "Barselona" ilə oynayacaqları "El-Klasiko” ərəfəsində Messinin müqaviləsindəki 250 milyon avroluq sərbəst qalma pulunu ödədiyini bildirərək sanki dünyanı şoka saldı.
 
13 yaşından bu yana "Barselona” forması geyən Messinin ilk şərhi isə belə olub:
 
"Klub rəhbərliyi ilə yeni müqavilə haqda danışıqlardan nəticə çıxmadı. Maliyyə Fair Play qaydalarının da təsiriylə "Barselona” klubu düşündüyüm tələbləri qarşılaya bilmədi”.
 
Klubuyla arasındakı bağların tam qopduğunu da sözlərinə əlavə edən ulduz futbolçu belə davam edib: "Rəhbərliyə maaşımı "Nou Kamp”ı sataraq ödəmələri istiqamətində bir təklif də etdim. Amma səbəbini anlamadığım bir şəkildə klubu məndən daha qiymətli gördülər. Bunu eşidəndə ürəyim qırıldı və bu klubla bağımın tamamilə qopduğunu hiss etdim. İstədiyim vergilər xaric illik təxminən 50 milyon avroluq bir müqavilə idi. Buna haqqım olduğumu düşünürəm. Amma razılaşmadıq".
 
Digər tərəfdən "Real” rəhbərliyinin Messinin geyəcəyi 10 nömrəli formaların satışına hazır olduğu da ortaya çıxıb.
 
Qarşıdakı günlərdə "Real Madrid” mağazalarında satışa çıxacağı elan olunan formalarla əlaqədar vitse-prezident Fernando Fernandez Tapias bunları deyib:
 
"Messi transferi üçün uzun müddətdir işlərimizi gizli şəkildə icra edirdik. Nəhayət, onunla razılaşdığımız üçün çox xoşbəxtik. İlk mərhələ üçün təxminən 500.000 ədəd forma satışa çıxarılacaq. Transfer xərcinin əhəmiyyətli bir qisimini bu şəkildə qarşılayacağıq".
 
"Real”ın portuqaliyalı ulduzu Kristiano Ronaldo isə Messi transferinin ardından klubun rəsmi internet saytına verdiyi müsahibədə "Uzun illər ərzində rəqib olduğum Messi ilə eyni formanı geyəcəyim üçün çox xoşbəxtəm. Cinahlarda onun verəcəyi dəstəyi səbirsizliklə gözləyirəm" ifadələrini işlədib.

OXŞAR XƏBƏRLƏR

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...