Quti “Almeriya”dan istefaya göndərilib

Quti “Almeriya”dan istefaya göndərilib
 

İspaniyanın "Almeriya” klubunda baş məşqçi istefası baş verib.

Sfera.az xəbər verir ki, Quti kimi tanınan Xose Mariya Qutyerres vəzifəsindən azad olunub.

Buna səbəb Sequnanın XXXV turundakı məğlubiyyətdir. "Alkorkon”a 0:1 hesabı ilə uduzan "Almeriya” 56 xalla 3-cü pillədə qərarlaşıb. Bu, yalnız Primeraya vəsiqə üçün pley-offa vəsiqə verir. Qutinin sabiq komandası birbaşa yüksək liqaya qalxacaq 2-ci pillədən 5 xal ayırır. Onu kimin əvəzləyəcəyi hələ dəqiqləşməyib.

 

Qeyd edək ki, Quti 2019-cu ilin noyabrında "Almeriya”nın baş məşqçisi təyin olunub və komandanın qarşısına Primeraya qayıtmaq vəzifəsi qoyulub.


OXŞAR XƏBƏRLƏR