Tanınmış aparıcının adı ilə qadınlarla yazışan kimlərdir? – İLGİNC PAYLAŞIM

Tanınmış aparıcının adı ilə qadınlarla yazışan kimlərdir? – İLGİNC PAYLAŞIM

"Artıq neçə müddətdir ki, müxtəlif ölkələrdən qadınlar mənə yazırlar ki, sizin adınızdan bizə kələk gəliblər. Beynalxalq "aferist”lər balaca ölkələrdən olan tanınmış FB izləyicilərinin şəkilləri ilə feyk profil açırlar və məhəbbət intizarında olan tənha xanımlara məktublar göndərirlər”.


Sfera.az xəbər verir ki, bu sözləri özünün sosial şəbəkə hesabında tanınmış televiziya aparıcısı Azər Qərib yazıb. Özünün hansı səbəbdən qurban seçildiyini anlamadığını yazan aparıcı baş verənləri belə təsvir edib: "Qoyurlar mənim qlamur şəkillərimi, başlayırlar basıb-baqlamağa ki, ay mən səni belə sevirəm, gecələr gəlirsən yuxuma, sənsiz bir günüm olmasın, mən belə biznes-klasla uçuram, ay Maldiv belə getdi, Seyşel belə gəldi, pul məndə, bir də ingilisdə, səni də aparacam özümlə, buralarda ol. Sadəcə olaraq, indi bir balaca çətinliyim var, mənə çox yox, 500 dollar göndər, gələn ay gedirik səninlə bal ayına.

Bu yazıq da neyləsin, sonuncu dəfə kişidən komplimenti 739 il bundan əvvəl eşidib, pensiyası da yaxşı, göndərir 500 dollar ki, caaan, ala bu pulu, gözləyirəm səni.

O isə pulu alıb çıxır aradan, xanım qalır hönkürə-hönkürə, məni tapıb, gileylənir.

Braziliyadan yazıb şikayətlənən var, Avstriyadan, İtaliyadan, hətta Vyetnamdan belə. Mən cavab vermirəm, nə deyim ki, özləri görürlər ki, mənlik deyil.

 

Odur ki, bu gündən keçirəm xozrasşöta, hansı xarici ağbirçək mənimlə yazışmaq istəsə, əvvəlcədən hesabıma depozit köçürməlidir.

Pandemiya yıxdı büdcəmizi, biraz dirçələrik heç olmasa...”




OXŞAR XƏBƏRLƏR

Bloqqerlərə özlərini ərəb şahzadəsi kimi göstərməklə satış etmək qadağan edilib

Çində məhsulları tanıtmaq üçün özünü "Yaxın Şərq şahzadələri" kimi təqdim edən şəxslərin hesabları bloklanıb.   Sfera.az bildirir ki, sosial ...

Evini qəsdən partladıb: Niyə belə etdi?

Britaniyada məhkəmə bir evi dağıdan və yaxınlıqdakı tikililərə ciddi ziyan vuran partlayışın qəsdən törədildiyini müəyyən edib. Hadisə ötən ilin iyununda Böyük ...

3 dollara aldığı tablonun əsl qiymətini biləndə şoka düşdü - FOTOLAR

Ohayoda (ABŞ) Marisi Macy Goodwill (Marisa Meysi Qudvil) ikinci əl mallar mağazasında cəmi üç dollara aldığı rəsmin əslində nə qədər baha olduğunu biləndə gözlə...

Məşhur “Netflix” serial ulduzu 15 il həbs cəzasına məhkum edildi

“Netflix”də yayımlanan “Sex Education” serialının ulduzu, 24 yaşlı britaniyalı aktyor Alexander Westwood (Vestvud) 15,5 il müddətinə aza...

Valideynlə mübahisə zamanı halı pisləşən müəllim vəfat etdi

Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə 25 nömrəl...

Paşinyandan sülh sazişi açıqlaması: "Biz hazırıq"

Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsi rejimini qarşılıqlı əsasda daha da sadələşdirməyə hazırdır. Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naz...