Rusiyada rubl bahalaşdı

Rusiyada rubl bahalaşdı

Moskva birjasında dolların kursu 4 ayın minimal həddinə düşüb.

Sfera.az qafqazinfo-ya istinadən bildirir ki, Amerika valyutası 2015-ci ilin 2 dekabr tarixindən bəri ilk dəfə 67 rubldan aşağı enib.

Günün ikinci yarısına yaxın dolların məzənnəsi 66,84 rubl təşkil edib. Əvvəlki məzənnə ilə müqayisədə dollar 1,4 rubl ucuzlaşıb.

Rusiya valyutasının möhkəmlənməsi neft qiymətlərində də artıma səbəb olub. Bu gün səhərdən bəri 39 dollara satılan Brent neftinin qiyməti 39,75 dollara qədər qalxıb.


OXŞAR XƏBƏRLƏR