Birdəfəlik ödəmə zamanı faktiki yaşayış yeri nəzərə alınacaq - RƏSMİ

Birdəfəlik ödəmə zamanı faktiki yaşayış yeri nəzərə alınacaq - RƏSMİ
 

Ödəmə zamanı faktiki yaşayış yeri nəzərə alınacaq. Bu zaman vətəndaşın aprel-may ayları üzrə birdəfəlik ödəmə almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi ünvan əsas götürüləcək.

Sfera.az  xəbər verir ki, nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəisi Fazil Talıbov Trend-ə açıqlamasında bildirib ki, həmin yardımla bağlı vətəndaşların təkrar müraciət etməsinə ehtiyac yoxdur:

"Sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlarda birdəfəlik ödəniş veriləcək vətəndaşlar aprel və may aylarında həmin müavinəti alıblar. Ona görə də həmin şəxslərin təkrar müraciət etməsinə ehtiyac yoxdur. Ödəniş xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə aprel-may aylarında 190 manat ödəniş almış şəxslərə şamil olunacaq".

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə iyunun 21-i saat 00:00-dan iyulun 5-i saat 06:00-a qədər Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonlarında sərt karantin rejimi elan olunub.


OXŞAR XƏBƏRLƏR

Bloqqerlərə özlərini ərəb şahzadəsi kimi göstərməklə satış etmək qadağan edilib

Çində məhsulları tanıtmaq üçün özünü "Yaxın Şərq şahzadələri" kimi təqdim edən şəxslərin hesabları bloklanıb.   Sfera.az bildirir ki, sosial ...

Evini qəsdən partladıb: Niyə belə etdi?

Britaniyada məhkəmə bir evi dağıdan və yaxınlıqdakı tikililərə ciddi ziyan vuran partlayışın qəsdən törədildiyini müəyyən edib. Hadisə ötən ilin iyununda Böyük ...

3 dollara aldığı tablonun əsl qiymətini biləndə şoka düşdü - FOTOLAR

Ohayoda (ABŞ) Marisi Macy Goodwill (Marisa Meysi Qudvil) ikinci əl mallar mağazasında cəmi üç dollara aldığı rəsmin əslində nə qədər baha olduğunu biləndə gözlə...

Məşhur “Netflix” serial ulduzu 15 il həbs cəzasına məhkum edildi

“Netflix”də yayımlanan “Sex Education” serialının ulduzu, 24 yaşlı britaniyalı aktyor Alexander Westwood (Vestvud) 15,5 il müddətinə aza...

Valideynlə mübahisə zamanı halı pisləşən müəllim vəfat etdi

Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə 25 nömrəl...

Paşinyandan sülh sazişi açıqlaması: "Biz hazırıq"

Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsi rejimini qarşılıqlı əsasda daha da sadələşdirməyə hazırdır. Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naz...