“Koronavirusun ikinci dalğası başlayır” – Eks-spiker ictimaiyyətə çağırış etdi

“Koronavirusun ikinci dalğası başlayır” – Eks-spiker ictimaiyyətə çağırış etdi
 

Yaqub Məmmədov: "Virusun əhatə dairəsi günü-gündən artır və daha ağır fəsadları olacaq ”

"Koronavirusun ikinci dalğası başlayıb və dünyada yenidən sürətlə yayılması bunun göstəricisidir”.

Bu sözləri SOSİUM.az-a açıqlamasında Milli Məclisin sabiq sədri, tibb elmləri doktoru, AMEA-nın müxbir üzvü Yaqub Məmmədov söyləyib.

Onun sözlərinə görə, virusun əhatə dairəsi günü-gündən artır və daha ağır fəsadları olacaq:

"Görünən budur ki, dünya bu problemin həllində acizdir. Koronavirusun müalicəsi istiqamətində səylər də öz bəhrəsini vermir. Əgər bir xəstəliyin qarşısını almaq mümkün deyilsə, ondan qorunmaq üçün səylər ikiqat artırılmalıdır. Bu mənada mən vətəndaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə əməl etməyə çağırıram. Unutmayın ki, bu ilk növbədə sizin sağlamlığınız üçündür. Maska taxın, sosial məsafəyə əməl edin, vacib işiniz yoxdursa, evdən çıxmayın”.

COVİD-19 infeksiyasının dünya güclərinin siyasi oyunu olduğuna dair iddialara toxunan Y.Məmmədov qəti şəkildə bunu təkzib edir:

"Necə yəni, siyasi oyundur?! Bütün dünya bu problemdən əziyyət çəkir və hər gün minlərlə insan tələf olur. Heç bir siyasi oyundan söhbət gedə bilməz. Bu cür fərziyyələrə aldanıb, öz həyatınızı təhlükə altına atmayın. Koronavirus var, mövcuddur və günü-gündən şiddətlənir. Sadəcə ehtiyatlı olmaq və qoyulan tələblərə əməl etmək lazımdır”.

( SOSİUM)


OXŞAR XƏBƏRLƏR

Bloqqerlərə özlərini ərəb şahzadəsi kimi göstərməklə satış etmək qadağan edilib

Çində məhsulları tanıtmaq üçün özünü "Yaxın Şərq şahzadələri" kimi təqdim edən şəxslərin hesabları bloklanıb.   Sfera.az bildirir ki, sosial ...

Evini qəsdən partladıb: Niyə belə etdi?

Britaniyada məhkəmə bir evi dağıdan və yaxınlıqdakı tikililərə ciddi ziyan vuran partlayışın qəsdən törədildiyini müəyyən edib. Hadisə ötən ilin iyununda Böyük ...

3 dollara aldığı tablonun əsl qiymətini biləndə şoka düşdü - FOTOLAR

Ohayoda (ABŞ) Marisi Macy Goodwill (Marisa Meysi Qudvil) ikinci əl mallar mağazasında cəmi üç dollara aldığı rəsmin əslində nə qədər baha olduğunu biləndə gözlə...

Məşhur “Netflix” serial ulduzu 15 il həbs cəzasına məhkum edildi

“Netflix”də yayımlanan “Sex Education” serialının ulduzu, 24 yaşlı britaniyalı aktyor Alexander Westwood (Vestvud) 15,5 il müddətinə aza...

Valideynlə mübahisə zamanı halı pisləşən müəllim vəfat etdi

Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə 25 nömrəl...

Paşinyandan sülh sazişi açıqlaması: "Biz hazırıq"

Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsi rejimini qarşılıqlı əsasda daha da sadələşdirməyə hazırdır. Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naz...