Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı

Siyasət
16:40 / 23.06.2020
2677
Milli Məclisin (MM) növbədənkənar sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb.
Sfera.az xəbər verir ki, növbəti iclas iyunun 25-də keçiriləcək.
Qeyd edək ki, MM üzvü Sahib Alıyevdə koronavirus aşkarlanıb. İyunun 21-də isə Milli Məclisin deputatlarından koronavirus infeksiyası ilə bağlı test nümunələri götürülüb. Bu səbəbdən Milli Məclisin iyun ayının 23-nə təyin olunan plenar iclası keçirilmədi.