Əli Əsədov yeni qərar imzaladı

Cəmiyyət
15:10 / 23.06.2020
2133
Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi proseduru sadələşdirilib.
Sfera.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, ölkəmizdə martın 1-dən etibarən xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə bu yardımın verilməsi 2020-ci il 1 iyul tarixinədək uzadılır.