Güvən Taksi xidmətindən şikayət var

Fuad Teymurov adlı istifadəçi "Müştəriyəm Şikayətim Var” qrupuna şikayət ünvanlayıb.
Sfera.az şikayətçinin müraciətini təqdim edir:
"Şikayətim Güvən Taksi *1188.-dəndir. Radio verilişlərinin birində 10 manatlıq gediş qazanmışdım bu taksi xidmətindən. Bu gün uduşdan yararlanmaq qərarına gəldim və Novxanıdan Mehdiabada, daha sonra isə Xırdalana taksi sifariş etdim. Ümumi məbləğ 8 manat təşkil etdi.
Sifarişi qəbul edən operatora promom olduğunu deyəndə, gediş haqqının 14 AZN edəcəyini bildirdi. Səbəb kimi isə nağdsız ödənişlərdə qiymətlərin fərqli olduğunu söylədi. (QEYD: ödənişi kartla etmirdik, nağd ödəniş olacaqdı, o üzdən nədən nağdsız dediklərini anlamadım).
Çox gülünc və biabırçı haldır. Məncə heç bir şirkət bu qədər düşük bir hərəkət etməz. Hər yerdə olduğu kimi, mənim promom həmin şirkətin xidmətlərindən istifadə üçün faktiki bütün qiymətlərdə keçərli olmalıdır.
Ümumən götürəndə, sözügedən taksi xidmətinin qiymətləri normaldır, bunu danmıram. Amma bu cür gülməli, biabırçı hallarla rastlaşanda, ikinci dəfə istifadəyə artıq həvəs qalmır. Normalda yerli şirkətlərdən istifadəyə üstünlük verirəm, amma onlarda belə hallar olmur.”
Sfera.az