Karantin günlərində Unibank-dan nümunəvi xidmət - FOTOLAR

12:52 / 23.06.2020
1839
Unibank filialları müştərilərinə xüsusi formada xidmət edir.
Sfera.az xəbər verir ki, bu haqda sosial şəbəkə istifadəçiləri məlumat paylaşıb.
Paylaşımlarda bildirilir ki, bu həftədən etibarən Unibank filiaları bankın qarşısında gözləyən müştərilər üçün xüsusi şərait yaradıb.
Müştərilərin koronavirusa yoluxma təhlükəsini aradan qaldırmaq, gözləyən müştərilərin rahatlığını təmin etmək üçün filialların qarşısında sosial məsafəni gözləmək şərtilə stullar yerləşdirilib. Müştərilər məsafə ilə yerləşdirilmiş stullarda oturaraq, xidmət növbələrini gözləyirlər.
İsti havada müştərilər üçün su da təklif olunur.