Sabahdan ali məktəblərə ərizə qəbulu başlayır

Sabahdan ali məktəblərə ərizə qəbulu başlayır

 

2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlanır.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Oxu.Az-a bildirilib. 

"Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə (I-IV qruplar üzrə eservices.tqdk.gov.az/erizebak/qrup1_4, V qrup və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə eservices.tqdk.gov.az/erizebak/qrup5_oi) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldururlar. 

Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya 7725 nöm¬rəsinə boş SMS göndərməklə əldə etmək olar”, - deyə qurumdan qeyd edilib. 

Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə abituriyentlərin ərizələrinin qəbulu aprelin 1-dən 28-dək, V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarına ərizələrin qəbulu  mayın 3-dən 17-dək aparılır.

I-IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verib, həm də V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəs¬sisələrinin ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər ikinci bir ödəmə kartı almadan I-IV qruplar üzrə ərizə doldurarkən istifadə etdikləri ödəmə kartı vasitəsilə qeydiyyatdan keçirlər.

"Abituriyentin elektron ərizəsi” forması doldurduqdan sonra ərizələrinin təsdiqini təmin etməlidirlər. Ərizənin təsdiqi TQDK-nın məlumat bazasında abituriyent barədə olan məlumatların tam olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir.

2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanının tam mətni, ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqənin keçirilməsi şərtləri "Abituriyent” jurnalının 2 ci sayında çap edilib. 


OXŞAR XƏBƏRLƏR

Bakıda skuter sürən qızı maşın vurub öldürdü

Avtomobilin skuteri vurması nəticəsində dünyasını dəyişən azyaşlı qızın kimliyi məlum olub.   Bu barədə Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər...

Minalar həm insanlar, həm də heyvanlar üçün davamlı təhlükədir – Hikmət Hacıyev

“Minalar təkcə keçmişin qalıqları deyil, həm insanlar, həm də heyvanlar üçün davamlı təhlükədir.”   Sfera.az xəbər verir ki, bunu&nb...

FED faiz dərəcəsini açıqladı

ABŞ Federal Ehtiyat Sistemi (FED) illik faiz qərarını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə Amerika tənzimləyicisinin saytında məlumat yer ...

Son altı ayda əcnəbilərlə nikah bağlayan Azərbaycan vətəndaşlarınınsayı

Cari ilin ilk altı ayı ərzində Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1 080 nikah bağlanıb.   Sfera.az&nbs...

HƏMAS: Qəzza zolağında 154 fələstinli aclıqdan ölüb

Ən azı 154 nəfər, o cümlədən 89 uşaq, son vaxtlar Fələstinin Qəzza zolağında aclıqdan ölüb.   Sfera.az-ın məlumatına görə, bu barədə HƏMAS hərəkatı &...

Zukerberqin 1 milyard dollarlıq təklifini RƏDD ETDİLƏR

Süni intellekt sahəsində fəaliyyət göstərən bir tədqiqatçı “Meta” şirkətinin rəhbəri Mark Zukerberqin 1 milyard dollarlıq əmək müqaviləsi təklifini ...