Sərt karantində “ASAN xidmət” mərkəzləri işləyəcək

Sərt karantində “ASAN xidmət” mərkəzləri işləyəcək
 Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq qərarına əsasən 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək qeyd olunan ərazilərdə məhdudiyyətlər tətbiq olunacaq.

Bu barədə Sfera.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.

Məhdudiyyətlərin tətbiq edildiyi müddətdə vətəndaşlar "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərinin xidmətlərindən yararlana biləcəklər. Lakin Nazirlər Kabinetinin müvafiq Qərarı ilə məhdud sayda əməkdaşların işə çıxmasının təmin edilməsi məqsədi ilə 1 saylı Bakı "ASAN xidmət” və 2 saylı Bakı "ASAN Kommunal” mərkəzlərində sənəd qəbulu həyata keçirilməyəcək. Həmin mərkəzlərdə sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşlar isə mərkəzlərə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər.

Müvafiq xidmətlərlə əlaqədar sənəd qəbulu üçün digər mərkəzlərə müəyyən edilmiş qaydada müraciət etmək mümkündür. Belə ki, 27 aprel tarixindən "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

"ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.

Səyyar ASAN xidmətin fəaliyyətində də bir sıra məhdudiyyətlər tətbiq olunacaq. Belə ki, xidmət göstərilən məntəqələr məhdudiyyətlərin tətbiq olunduğu əraziyə aid olduğu üçün Səyyar ASAN xidmət Qaradağ rayonunun Qobustan qəsəbəsində, Xırdalan və Lənkəranda 21 iyun 2020-ci il tarixindən fəaliyyət göstərməyəcək.

Səyyar ASAN xidmətin fəaliyyət göstərdiyi digər məntəqələr barədə ətraflı məlumatı müvafiq link vasitəsi ilə əldə etmək olar: //bit.ly/2YJz4c9

OXŞAR XƏBƏRLƏR

Kənd təsərrüfatı mallarının istehsalına maraq azala bilər -TƏHLİL

Azərbaycandan xaricə kənd təsərrüfatı məhsulları ixrac edib, amma əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmayan sahibkarlara qarşı bir müddətdir ki, tədbirlər...

Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı QƏRAR

Nazirlər Kabineti “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin ayl...

"İqtidarla müxalifət arasında təmaslar üçün vasitəçiyə ehtiyac duyulmur"- Ədalət Vəliyev

“Siyasi partiyaların fəallığı və ölkəmizdə yaşanan siyasi dialoq mühiti sayəsində iqtidar ilə müxalifət arasında işlək təmasların qurulması üçün artıq hər...

Rusiya Kurskda irəliləyir - İki yaşayış məntəqəsi azad edildi

Rusiya qoşunları Kursk vilayətinin Orlovka və Poqrebki yaşayış məntəqələrini azad edib.    Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Naz...

İtən təyyarə yenidən axtarılacaq - On bir ildən sonra

On bir il əvvəl radarlardan itən “Malaysia Airlines” aviaşirkətinə məxsus “Boeing 777-200” sərnişin təyyarəsinin axtarışlarına yenidən b...

Bayramov Səudiyyənin XİN rəhbəri ilə görüşdü

26 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində bu ölkəni...