SON DƏQİQƏ! Azərbaycanda yüzlərlə şəxs koronavirusa yoluxdu, 4 nəfər vəfat etdi

Cəmiyyət
20:00 / 19.06.2020
3266
Azərbaycanda 438 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Sfera.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 11 767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 325 nəfər müalicə olunaraq sağalıb, 143 nəfər vəfat edib, 5 299 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.