Milli Məclisin deputatından Fransaya etiraz

19:41 / 19.06.2020
3114
İşğal altındakı ərazilərdə çəkilən film narazılıqla qarşılanıb
Sfera.az "Real TV"yə istinadən xəbər verir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində çəkilmiş və Kann Festivalına təqdim olunmuş Nora Martirosyanın "Külək sakitləşərsə” filmi Azərbaycanda etirazla qarşılanıb.
Bunu Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında millət vəkili, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Soltan Məmmədov bildirib. Dostluq qrupunun rəhbəri deyib ki, məsələ ilə bağlı Fransa səfirliyinə müraciət edib.