Baş verən hadisələr Ermənistani xaosa aparır

Baş verən hadisələr Ermənistani xaosa aparır
 

Ermənistanda acınacaqlı sosial vəziyyət artıq öz pik nöqtəsinə çatır. Erməni mətbuatında demək olar ki, hər gün Nikol Paşinyanın yarıtmaz siyasəti haqqında kəskin tənqidi yazılar dərc olunur. Paşinyan koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşır. Ermənistanda uzun illərdir baş alıb gedən sosial-iqtisadi böhran və səfalət indi "Paşinyan mərhələsi”nə qədəm qoyub. İşğalçı ölkənin mətbuatında Ermənistanda baş qaldıran yeni etiraz dalğası ilə bağlı hiddət və təşviş dolu yazılarda populist vədlərlə hakimiyyətə gələn Nikol Paşinyan hökumətindən narazılıq ifadə olunur.

Erməni mətbuatı Ermənistanda bir-birinin ardınca bağlanan zavod və fabriklərin, istehsalat müəssisələrinin işçilərinin bir parça çörəyə möhtac qaldıqlarını, yenidən küçələrdə etiraz aksiyaları keçirdiklərini yazır: "Bu gün ixtisar olunub ailəsi çörəksiz qalan bu insanlar hələ keçən il küçələrdə Paşinyanı dəstəkləyirdilər. Və Paşiyanın yalan vədləri və sözünü tuta bilməməsi artıq həmin insanları özündən çıxardıb. Paşinyanın ağzı köpüklənə-köpüklənə meydanda xalqa verdiyi vədlərin əvəzində xalq nə əldə etdi? Daha ağır sosial durum, daha çox işsizlik, daha betər səfalət və bu azmış kimi pandemiya dövründə artan xəstəlik dövlətin vətəndaşına sahib çıxmaması və insanların tələf olması.

Artıq yerli islahatçılar o cümlədən dünyada bir çox analitiklər Ermənistanın yeni hakimiyyətinin hələ heç bir halda ümidləri doğrultmadığını, əksinə ölkəni daha da iflasa apardığını qeyd edir. Paşinyan hökuməti ölkədəki ictimai-siyasi vəziyyəti stabilləşdirmək, Ermənistanın iqtisadiyyatını dirçəltmək və sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmaq iqtidarında deyil. Meydanda Nikol Paşinyan xalqa

nələr söz vermişdi, amma hazırda nə edir? Tam verilən sözlərin əksi və günbəgün xaosa səslənən ermənistan. Paşinyana qarşı ölkəsində artıq çox böyük narazı elektorat meydana gəlib. İşğalçı ölkənin mətbuatında da, küçələrində də baş nazirin fəaliyyətsizliyi durmadan kəskin tənqid olunur, təcili şəkildə problemlərin həlli tələb edilir və hakimiyyət günü gündən öz tənəzzülünü yaşayır.

Tahir Fətullayev

20 Yanvar Cəmiyyətinin Nəsimi rayon şöbəsinin sədri


OXŞAR XƏBƏRLƏR

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...

"Azərtac"dan TASS-ın Xankəndi ilə bağlı təxribatçı addımına - CAVAB

"Azərtac" xəbər agentliyi iyulun 31-də Rusiya Federasiyasının TASS xəbər agentliyində “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” başlığ...

Yevlaxda ailə faciəsi - Ata ilə qızının meyiti tapıldı

Yevlaxda evdən ata və qızının meyiti tapılıb.   Sfera.az-ın xəbərinə görə, hadisə rayonun Aran qəsəbəsində baş verib.    Rayon s...

Messi onun debütündən danışdı: "Bu istidə, rütubətdə…"

Lionel Messi Argentina millisində komanda yoldaşı Rodriqo De Paulun “İnter Mayami”də debüt oyunundan danışıb.   Amerika klubu “Atla...

“Barbie” dizaynerləri İtaliyada avtomobil qəzasında həlak oldular

“Barbie” brendi üçün kolleksiya kuklaları yaradan və Madonnadan ilham alan Mario Paglino və Gianni Grossi İtaliyada avtomobil qəzasında həlak olubla...

Rusiyanın Kiyevə hücumu: Ölənlərin sayı artdı - ŞOK RƏQƏMLƏR

Rusiyanın Kiyevə həyata keçirdiyi hücum nəticəsində 15 nəfər həyatını itirib.   Sfera.az xəbər verir ki, ölənlər arasında 6 yaşlı uşaq və 17 yaş...