Kamil Zeynallı yolda əlbəyaxa davaya çıxdı - VİDEO

15:00 / 19.06.2020
3225
Abşeron rayonu ərazisində fitnes təlimatçısı Kamil Zeynallı dava salıb.
Sfera.az "BAKU.WS"ə istinadən xəbər verir ki, iyunun 16-da Qobu qəsəbəsində olarkən Kamil Zeynallı bir vətəndaşla dalaşıb.
Mübahisə sonradan əlbəyaxa davaya çevrilib.
Əraziyə polis əməkdaşları cəlb edilib.
Hüquq-mühafizə orqanlarından BAKU.WS-ə bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.