Nardaranda daha bir küçə təmir olundu – FOTO + VİDEO

Nardaranda daha bir küçə təmir olundu – FOTO + VİDEO

 

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi məqsədi ilə aparılan kompleks tədbirlər çərçivəsində "Azəravtoyol” ASC tərəfindən Abşeron küçəsinin yenidən qurulması işləri qısa müddət ərzində yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət olunmaqla aparılaraq yekunlaşdırılıb.

"Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, küçənin uzunluğu 2,2 km, mövcud eni isə ortalama 8 m idi. 

Bundan əvvəl küçənin ensiz olması, uzun müddət təmir edilməməsindən yolun hərəkət hissəsinin sıradan çıxmış vəziyyətdə olması, piyadaların normal və təhlükəsiz şəkildə hərəkətinin təşkili üçün səkilərin olmaması, üstəlik işıqlandırma sisteminin yoxluğu ucbatından gecələr yolun işıqlandırılmaması vətəndaşların gediş-gəlişində xeyli çətinliklər yaradırdı.

Lakin ölkə başçısının tapşırığı ilə yenidən qurulan küçədə artıq sadalanan problemlər tam olaraq aradan qaldırılıb. Küçə genişliyi, rahatlığı və müasirliyi ilə göz oxşayır.

Layihəyə uyğun olaraq küçə genişləndirilərək 2 gediş, 2 gəliş hərəkət zolağı olmaqla 18 m-ə çatdırılıb. Bunun üçün isə küçə boyu yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsü işləri aparılıb. Sökülən evlərin və obyektlərin sahiblərinə qanunvericiliyə uyğun nəzərdə tutulmuş kompensasiya ödənilib.

"Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun xüsusi nəzarəti altında yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət olunmaqla aparılan işlər çərçivəsində genişləndirilmiş küçə boyu yeni hasarlar tikilib, suvanıb və rənglənib, sakinlərin həyətlərinin girişinə estetik baxımından küçəyə gözəllik qatan yeni giriş qapıları qoyulub. 

Yenidənqurma işləri çərçivəsində yeni yeraltı kommunikasiya xətləri ( qaz, işıq, rabitə, su və kanalizasiya ) çəkilib, köhnələri isə tamamilə təzələnib.

Küçə boyu hər iki istiqamət üzrə 2 m enində yeni piyada səkiləri tikilib, 4500 p/m yeni səki daşı düzülüb. Səkilərin 8800 kvadratmetr sahəsi asfaltlanıb, işıq dirəkləri üçün xüsusi bünövrə tökülüb, dirəklər quraşdırılıb. 

Abşeron küçəsinin Nəsrulla Əsgərov küçəsi ilə kəsişməsində 10 m diametrində yeni dairə inşa edilib. Dairənin içərisinə bəzək daşları düzülüb.

Ümumilikdə küçənin 40 min kvadratmetr sahəsinə üçqat və 25 sm qalınlığında olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. 

Bu işlərə paralel olaraq nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

 

 
 
 
 
 


OXŞAR XƏBƏRLƏR

Alça yedikdən sonra bunu edin - XƏBƏRDARLIQ

Alça yay mövsümünün ən məşhur meyvələrindən biridir. Mütəxəssislər alça yedikdən sonra nə etməli olduğuna dair məsləhətlər veriblər.   Sfera.az xəbər...

Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına 1,5 milyondan çox zəvvar gəlib

Səudiyyə Ərəbistanına digər ölkələrdən Həcc ziyarətinə gələn zəvvarların sayı 1,5 milyonu keçib.   Sfera.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbis...

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Qaraçuxur qəsəbəsində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə "Az...

FHN zəlzələ ilə bağlı məlumat yaydı: Dağıntı qeydə alınıb?

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə d...

Ronaldodan daha bir möhtəşəm qol - VİDEO

Kriştiano Ronaldo növbəti qolunu Portuqaliya yığmasının heyətində vurub.   Sfera.az xəbər verir ki, 40 yaşlı ulduz futbolçu Almaniya milli komandası ...

Bu kiçik ada hər altı aydan bir vətəndaşlıq dəyişir - SƏBƏB

Qırqovul adası Bidasoa çayı üzərində İspaniyanın İrun şəhəri ilə Fransanın Hendaye şəhəri arasında yerləşir. Bu maraqlı ada hər altı ayda bir ölkədən digərinə d...