Bakıda 3 klinikada koronavirus testi aparılır

Cəmiyyət
20:54 / 18.06.2020
2761
Bakıda fəaliyyət göstərən 3 özəl klinikanın laboratoriyasında COVID -19 virusunun aşkarlanması məqsədilə test müayinələri aparılır.
Sfera.az "Xezerxeber.az"a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, həmin laboratoriyaların müayinəyə görə nəticələri dövlət tərəfindən təsdiqlənib. Müayinələri aparan klinikalar özəl olduğundan testlərin qiymətləri də onların özləri tərəfindən müəyyən edilib.
Bu klinikalar xarici ölkələrə uçuş üçün müəyyən edilsə də, istənilən şəxs müayinə üçün həmin müəssisələrə müraciət edə bilər. Testlər "İnci" laboratoriyası, "Referans" klinikası və "Memorial Klinik"də aparılır. Həmin kilinikaların laboratoriyalarına TƏBİB tərəfindən xüsusi aparatlar quraşdırılıb. "İnci" laboratoriyasının həkim-laborantı Ülviyyə Hüseynova deyib ki, virusun aşkarlanması üçün testlər həm yaxma nümunəsi götürülməklə, həm də qan analizi vasitəsilə aparılır. Bu klinikalarda test qanvermə üsulu ilə aparılırsa 40-110 manat, yaxma ilə aparılırsa 100-130 manata başa gəlir.
Qeyd edək ki, əgər pasiyentin analizi müsbət olarsa, bu barədə məlumat TƏBİB-in sisteminə də ötürülür. Bundan sonra həmin şəxs müalicəsini davam etdirmək üçün xüsusi xəstəxanalara aparılır.