Operativ Qərargahdan çimərliklərlə bağlı MÜHÜM AÇIQLAMA

Operativ Qərargahdan çimərliklərlə bağlı MÜHÜM AÇIQLAMA
 

"Karantin rejiminin ciddiləşməsi tətbiq olunan bölgələrdə çimərliklərdən istifadəyə tam məhdudiyyət qoyulacaq”.

Sfera.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, öncəki məhdudiyyətlərdən fərqli olaraq SMS icazə sistemi ilə çıxışa imkan verilən müddət ərzində park, bulvar açıq olduğuna görə, bunun üzərində işlənilir:

"Yəqin ki, digər qurumlarımız tərəfindən əlavə məlumat veriləcək. İnsanların sıx toplaşmaması baxımından saatları tənzimləməklə icazə mümkün olacaq. Yəni necə ki, SMS icazə ilə alış-verişə çıxdığımız müddət müəyyən olunurdu, həkimə gedib-gəlmək müəyyən olunurdusa, bu çərçivədə yanaşılacaq. Bu istiqamətdə sabah əlavə məlumatlar veriləcək”. 

Operativ Qərargahın tibbi eksperti, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov da bildirib ki, sərt karantin dövründə, iki həftə ərzində çimərlikdən istifadə mümkünsüz olacaq.

R. Mahmudov deyib ki, karantin rejimi yumşaldıqda tibbi-metodiki göstərişə uyğun olaraq çimərliklər açıla bilər: "Virusla yaşamaq üçün qaydalara, metodik göstərişlərə riayət etməliyik. Bu halda xəstəlik də nəzarətdə olacaq”.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu şəxslərə 10 000 manata yaxın pul veriləcək

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) istehsal ediləcək film layihələrinin bədii və texniki ...

Bakıda daha bir şadlıq evi bağlandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli şadlıq evinin fəaliyyətini dayandırıb.   Sfera.az nazirliyə istinadən x...

Özcan Deniz ürək əməliyyatı olunacaq

Türkiyəli məşhur müğənni və aktyor Özcan Deniz yaxın günlərdə ürək əməliyyatı keçirəcək.   Sənətçinin ürəyinə 3 stend qoyulacaq. Məlumatı "Magaz...

Dəmir Yolları və Dəniz Limanının Birləşdirilməsi iqtisadiyyata necə təsir edəcək? - AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkil olunması barədə fərman imza...

Mahir Emrelinin transfer qiyməti açıqlandı

“Nürberq”in futbolçusu Mahir Emrelinin transfer qiyməti açıqlanıb.   Sfera.az verir ki, Azərbaycan millisinin hücumçusunu heyətinə q...

“Azərsun Holdinq” rəhbərliyi Xocalı abidəsini ziyarət edib

Xocalı soyqırımının 33-cü ildönümündə “Azərsun Holdinq”in rəhbərliyi və işçi heyəti, bu faciənin qurbanlarını anmaq üçün Bakıda yerləşən “Ana ...