Ramin Bayramlı: Ölkədə koronavirusa yoluxan kifayət qədər xəstə var

Ramin Bayramlı: Ölkədə koronavirusa yoluxan kifayət qədər xəstə var
 

Ölkədə vəziyyəti ağır olan və intensiv terapiya tələb edən koronavirusa yoluxmuş kifayət qədər xəstə var. Bu, çox narahatedicidir.

Sfera.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, COVİD-19 virusuna yoluxanlar arasında xəstəxanaya gec müraciət edənlər çoxdur.
"Son ayların müşahidələri göstərir ki, virus qanın laxtalanma sisteminə çox ciddi təsir göstərir”.

TƏBİB sədri qeyd edib ki, xəstəxanaların 85% doluluq dövrü yaşadığı müddət də olub.

O bildirib ki, artıq modul tipli xəstəxanalara xəstə yatırılmasına başlanılıb:

"Poliknik müşahidə altında xəstələrin evdə müalicə olunması ilə bağlı hazırlıq işləri yekunlaşır. Bununla bağlı bir sıra ölkələrin təcrübəsindən istifadə ediləcək. E-təbib mobil tətbiqi hazırlanır və bu sistemlə evdə müalicə olunan xəstələri izləmək mümkün olacaq.

Evdə müalicə olunan şəxslər 12 saatdan bir sorğu ediləcək və qərara əsasən müalicələrinin ev və ya xəstəxana şəraitində davam etdirilməsi barədə qərar qəbul ediləcək.”


OXŞAR XƏBƏRLƏR