Nazarbayev koronavirusa yoluxdu

Dünya
15:30 / 18.06.2020
3401
Qazaxıstan Respublikasının ilk Prezidenti Nursultan Nazarbayev koronavirusa yoluxub.
Sfera.az xəbər verir ki, bu barədə respublika administrasiyasının mətbuat xidmətindən məlumat veriblər.
Məlumata görə, hazırda 79 yaşlı sabiq dövlət başçısı özünütəcrid rejimində müalicə alır.
Səhhəti ilə bağlı narahatlığa əsas olmadığı, Nazarbayevin məsafədən işlədiyi qeyd edilir.