Karantin qaydalarına əməl etməyən vəzifəli şəxs cəzalandırıldı

Karantin qaydalarına əməl etməyən vəzifəli şəxs cəzalandırıldı
 Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə "Azəriqaz” İstehsalat Birliyində xüsusi karantin rejiminin qaydalarına ciddi əməl olunur.

Sfera.az xəbər verir ki, qurumdan trend-ə verilən məlumata görə, həm əsas inzibati bina, həm də bütün struktur bölmələrin fəaliyyət göstərdiyi binalarda giriş-çıxış qaydaları ciddi nəzarətdə saxlanılır.

Bundan başqa mütəmadi dezinfeksiya tədbirləri görülür, işçilərin qoruyucu maskalarla təminatı, giriş-çıxış məntəqələrində insanların bədən temperaturunun ölçülməsi və digər zəruri prosedurlar icra olunur. Buna baxmayaq, bəzi hallarda təlimat qaydalarını pozan işçilərə də rast gəlinir və dərhal bu barədə müvafiq cəza tədbirləri görülür.

Pandemiya dövründə koronavirus (COVID-19) infeksiyasından qorunma tədbirlərinin həyata keçirilməsində məsuliyyətsiz davrandığına görə "Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin Təhlükəsizlik, ekologiya və keyfiyyətə nəzarət şöbəsinin rəisi vəzifəsindən azad olunub.

O, daha aşağı vəzifəyə - Təmir-tikinti İdarəsinin 104 "Çağrı Mərkəzi”nin 1 saylı çağrı xidmətində usta vəzifəsinə keçirilib.

"Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi bir daha bildirir ki, qurumda pandemiya dövrünün tələb və qaydalarını pozan istənilən işçi sərt formada cəzalandırılacaq.

OXŞAR XƏBƏRLƏR

DTX-nin əməkdaşları Xocalı abidəsini ziyarət etdi - FOTOLAR

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları soyqırımı qurbanlar...

“BMW”dən külli miqdarda pul oğurlandı

Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində &l...

Azərbaycanda bu şəxslərə 10 000 manata yaxın pul veriləcək

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) istehsal ediləcək film layihələrinin bədii və texniki ...

Bakıda daha bir şadlıq evi bağlandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli şadlıq evinin fəaliyyətini dayandırıb.   Sfera.az nazirliyə istinadən x...

Özcan Deniz ürək əməliyyatı olunacaq

Türkiyəli məşhur müğənni və aktyor Özcan Deniz yaxın günlərdə ürək əməliyyatı keçirəcək.   Sənətçinin ürəyinə 3 stend qoyulacaq. Məlumatı "Magaz...

Dəmir Yolları və Dəniz Limanının Birləşdirilməsi iqtisadiyyata necə təsir edəcək? - AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkil olunması barədə fərman imza...