Daşıma şirkətindən şikayət var: Məhsulun gətirilməsi 2 aydır gecikdirilir - FOTO

Daşıma şirkətindən şikayət var: Məhsulun gətirilməsi 2 aydır gecikdirilir - FOTO
 Ehtiyat.com adlı daşıma şirkətindən bağlamaların 2 aya yaxın gecikdirilməsi ilə bağlı şikayət var.

Şikayətçi "Report”a bildirib ki, aprel ayının 29-da Moskvadan sifariş verilən bağlamalar hələ də ona təhvil verilməyib.

Onun sözlərinə görə, şirkətin təqdim etdiyi sistemdə bağlamanın təhvil verilmə tarixi müxtəlif vaxtlarda xəbərdar edilmədən ertələnib:

"Şirkətin saytında bağlamaların 5-10 gün ərzində çatdırılması bildirilmişdi. Yəni sifarişim mayın 15-də mənə təhvil verilməli idi. Mayın 15-də baxdım ki, təhvil veriləcək tarixi mayın 19-na dəyişiblər. Daha sonra mayın 29-na dəyişdilər, amma gəlmədi. Karantin rejiminə görə fikirləşdim ki, müəyyən gecikmələr olması normaldır. Ancaq şirkətin İlqar adlı əməkdaşı ilə əlaqə saxladım və mənə bağlamanın əvvəlcə iyunun 5-i, sonra 12-si mütləq təhvil veriləcəyini bildirdi. Mən də gözlədim, amma nəticə olmadı. Təkrar yığanda yenə ayın 17-si artıq son gün olduğunu və mənlə əlaqə saxlayacaqlarını dedi. Bu gün ayın 18-dir, nə zəng var, nə də bağlama. Yəni hər dəfə bir tarixə ertələyirlər. Həm əsəblərim korlanıb, həm də məhsulum ortalıqda yoxdur”.

"Report” məsələ ilə bağlı Ehtiyat.com-a müraciət edib. Şirkət problemi etiraf edib:

"Karqo xidmətini yeni istifadəyə vermişik. Sizə şikayət edən şəxs bizim karqo xidmətimizdən istifadə edən ilk şəxslərdəndir. Müəyyən gecikmələr yaranıb”.

OXŞAR XƏBƏRLƏR

DTX-nin əməkdaşları Xocalı abidəsini ziyarət etdi - FOTOLAR

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları soyqırımı qurbanlar...

“BMW”dən külli miqdarda pul oğurlandı

Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində &l...

Azərbaycanda bu şəxslərə 10 000 manata yaxın pul veriləcək

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) istehsal ediləcək film layihələrinin bədii və texniki ...

Bakıda daha bir şadlıq evi bağlandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli şadlıq evinin fəaliyyətini dayandırıb.   Sfera.az nazirliyə istinadən x...

Özcan Deniz ürək əməliyyatı olunacaq

Türkiyəli məşhur müğənni və aktyor Özcan Deniz yaxın günlərdə ürək əməliyyatı keçirəcək.   Sənətçinin ürəyinə 3 stend qoyulacaq. Məlumatı "Magaz...

Dəmir Yolları və Dəniz Limanının Birləşdirilməsi iqtisadiyyata necə təsir edəcək? - AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkil olunması barədə fərman imza...