Millət vəkili Bəhruz Məhərrəmov seçiciləri ilə görüş keçirdi

10:23 / 18.06.2020
1516
66 saylı Biləsuvar seçki dairəsindən Milli Məclisə deputat seçilən Bəhruz Məhərrəmov Facebookdakı rəsmi səhifəsində keçirdiyi faydalı bir görüşlə bağlı seçicilərinə hesabat verib.
Sfera.az sözügedən müraciəti oxucularına təqdim edir:
"Bu gün Azərpoçt MMC-nin baş direktoru cənab Emin Əfəndiyevlə çox faydalı danışığımız oldu. Aranlı və Yuxarı Cürəli kəndlərində poçt şöbəsində kompüterin, həmçinin, Aranlı kəndində poçt binasının olmaması, eləcə də Aranlı və Amankənd kəndlərində poçt əməkdaşının ştat vahidinin 0.5-dən 1-ə artırılması ilə bağlı fikir mübadiləsi apardıq, məsələnin araşdırılacağına söz verildi.”
Sfera.az