Neftin ucuzlaşması davam edir

İqtisadiyyat
10:40 / 18.06.2020
2144
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin avqust müqaviləsinin dəyəri 0,59% azalaraq 1 barelə görə 40,47 dollar təşkil edib.
Sfera.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyulda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1% azalaraq 37,58 dollar təşkil edib.