UEFA futzal yarışları ilə bağlı qərarlar qəbul etdi

UEFA futzal yarışları ilə bağlı qərarlar qəbul etdi
 Bu gün UEFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

Sfera.az xəbər verir ki, futzal yarışları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

- Dünya çempionatının pley-off oyunları bu il noyabrın 2-dən 11-dək keçirilsin;

- Avro-2022-nin ilkin seçmə mərhələsinin pley-off oyunları bu il noyabrın 2-dən 11-dək keçirilsin;

- Avro-2022-nin əsas qrup mərhələsinin oyunları bu il dekabrın 6-dan gələn il aprelin 14-dək, pley-off qarşılaşmaları isə gələn il noyabrın 14-dən 17-dək keçirilsin;

- Qadınlardan ibarət milli komandaların iştirakı ilə Avro-2022-nin ilkin mərhələsinin görüşləri gələn il mayın 4-dən 9-dək, əsas mərhələsinin oyunları oktyabrın 19-dan 24-dək, final mərhələsinin qarşılaşmaları isə 2022-ci il martın 24-dən 27-dək keçirilsin;

- 19 yaşadək futzalçılardan ibarət milli komandaların iştirakı ilə Avropa çempionatının final mərhələsinin oyunları gələn il noyabrın 1-dən 7-dək keçirilsin;

- UEFA Çempionlar Liqasının "Dördlər finalı” bu il oktyabrın 8-dən 11-dək Barselonadakı "Palau Blaugrana”da keçirilsin ("Barsa” (İspaniya) – KPRF (Rusiya), "Mursia” (İspaniya)– "Tümen” (Rusiya)); Bu turnirin gələn ilin aprelində keçiriləcək "Dördlər finalı” isə "Minsk Arena”da təşkil edilsin;

OXŞAR XƏBƏRLƏR

Türkiyədə virus yayılır - Qadağa qüvvəyə mindi

Türkiyə xəstə heyvanların ətindən yoluxa bilən dabaq xəstəliyinin yayılması səbəbilə ölkədə bütün mal-qara bazarlarını müvəqqəti bağlamaq qərarına gəlib.  ...

Ermənistanda Rusiya telekanallarına qadağa qoyula bilər

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya telekanallarının ölkə ərazisində yayımının dayandırılmasının mümkünlüyü ilə bağlı müzakirələrin başlanmasını...

Rusiya Azərbaycana nota verib

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevə "Bakının qeyri-dost hərəkətlərinə görə etiraz edilib".   Sfera.az xəbər verir k...

ADNSU məzunları üçün təntənəli “Məzun Günü” keçirilib

İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunları üçün Avropa Oyunları Parkındakı təntənəli “Məzun Günü” tədbiri təşki...

Bakıda rusiyalı cinayətkarların saxlanılmasının ANBAAN VİDEOSU

Xəbər verdiyimiz kimi, Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil ci...

Kreml Suriyanı Rusiya-Ərəb Zirvəsinə dəvət edəcək

Kreml Suriyanın hazırkı rəhbərliyini oktyabr ayında keçiriləcək Rusiya-Ərəb Zirvəsinə dəvət etməyi planlaşdırır.    Sfera.az xəbər verir ki, &nb...