Müdafiə Nazirliyi: Tərtərdə partlayış olub

20:15 / 17.06.2020
6577
Sosial şəbəkələrdə və bəzi saytlarda guya ön xətt yaxınlığında Tərtər rayonu ərazisində torpaq yolun düşmən tərəfindən minaatanlardan atəşə məruz qalması barədə məlumat yayılıb.
Müdafiə Nazirliyindən Sfera.az-a bildirilib ki, yayılan məlumat həqiqəti əks etdirmir. Belə ki, müəyyən olunub ki, həmin ərazidə partlayış baş verib. Buna səbəb isə birinci Qarabağ müharibəsi zamanı bir metrdən artıq dərinlikdə basdırılmış tank əleyhinə mina olub.
Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.