Könül Nurullayeva: “Regionda əsas təhlükə mənbəyi Ermənistandır”

Könül Nurullayeva: “Regionda əsas təhlükə mənbəyi Ermənistandır”
 "Azərbaycan hər zaman sülhün tərəfdarı olub. Lakin Ermənistanın 30 ilə yaxındır işğalçılıq siyasətindən əl çəkməməsi regionun təhlükəsizliyinə ciddi təhdid yaradır. Məlumdur ki, regionda vaxtı ilə mövcud olan sabitlik məhz Ermənistanın işğalçılıq siyasəti ucbatından pozulub". 

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Ermənistanda mövcud olan iqtisadi və siyasi böhranın pandemiya dövründə getdikcə daha da dərinləşməsi yeganə çıxış yolunun işğal siyasətinə son qoymağın olduğunun göstrəricisidir:

"Çünki məhz təcavüz siyasəti səbəbindən Ermənistan özünü təcrid vəziyyətinə salaraq, Azərbaycanın təşəbbüskarı olduğu bütün regional və qlobal layihələrdən kənarda qalıb. Koronavirus pandemiyası bu ölkəni demək olar ki, iflic vəziyyətə salıb. Paşinyan problemi həll etmək əvəzinə populist bəyanatlarla çıxış edir. Qərb və Rusiya mətbuatı da açıq bəyan edir ki, Ermənistan koronavirusla döyüşdə acı məğlubiyyətə uğradı".

K.Nurullayeva vurğulayıb ki, Ermənistan son vaxtlar diplomatik cəbhədə də ardıcıl zərbələr almaqdadır:

"Belə ki, Azərbaycanın işğal altındakı ərazilərində keçirilən seçki şousunun nüfuzlu beynəlxalq qurumlar tərəfindən rədd edilməsinin ardınca bu günlərdə Avropa Parlamentinin məruzəçiləri tərəfindən qəbul olunan qətnamədə bir daha Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olundu. İşğal altındakı ərazilərimizdə magistral yolun çəkilişi üçün Ermənistanın Azərbaycanın müvafiq dövlət qurumlarından icazə almaması beynəlxalq hüququn pozulması kimi əks etdirildi. Bununla da Avropa İttifaqı Dağlıq Qarabağın istər coğrafi, istərsə də hüquqi-siyasi baxımdan Azərbaycana mənsub olduğunu növbəti dəfə həm bəyan etmiş, həm də Ermənistana xatırlatmış oldu. Beləliklə, beynəlxalq vasitəçilərin də bəyan etdiyi kimi, "status-kvo” vəziyyəti sonsuzadək davam edə bilməz. 

Bu baxımdan Ermənistan beynəlxalq vasitəçilərin sülh çağırışlarını gözardı etməməli, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun addımlar atmalıdır. Təbii ki, ilk növbədə öz yurdundan didərgin salınmış soydaşlarımız hazırda işğal altında olan dədə-baba torpaqlarına - Dağlıq Qarabağ bölgəsinə geri dönməlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, həmkarım Tural Gəncəliyevin bölgənin erməni sakinlərinə son müraciətində qeyd olunduğu kimi, Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı sakinləri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, yüksək özünüidarəetmə statusu ilə birlikdə yaşamalı, öz müqəddəratını təyinetmə isə birmənalı şəkildə Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq həyata keçirilməlidir".

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...