Azərbaycan nefti yenidən bahalaşıb
10:07 / 31.03.2016
2156
Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,15 dollar, yaxud 2,86% bahalaşıb.
Sfera.az report-a istinadən bildirir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 41,41 dollara bərabərdir.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.