Messi "Barselona" ilə müqaviləsini uzadacaq

İdman
16:45 / 17.06.2020
2850
İspaniya "Barselona"sı yaxın vaxtlarda komandanın kapitanı Lionel Messi ilə müqavilənin bütün detallarını razılaşdıracaq.
Sfera.az xəbər verir ki, 33 yaşlı argentinalı hücumçunun yeni sözləşməsi 2023-cü ilə qədər hesablanacaq, amma 1+1 sxeminə əsasən bağlanacaq. Yəni,
müqavilənin bitməsinə bir il qalmış Messi gələcəyini müəyyənləşdirəcək.
Qeyd edək ki, Lionel Messinin hazırkı sözləşməsi 2021-ci ilin yayında başa çatacaq. Ulduz futbolçu 2000-cü ildə Kataloniya təmsilçisinin akademiyasına qoşulub və 2003-cü ildən əsas komandada çıxış edir.