"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb
Təhsil
16:25 / 17.06.2020
3022
Təhsil Nazirliyi "Mədəniyyət” telekanalında yayımlanan "Abituriyentlər üçün dərs vaxtı" proqramının iyunun 18-i üçün müəyyən edilən dərs cədvəlini açıqlayıb.
Sfera.az xəbər verir ki, teledərslər bu formatda 17 iyuladək davam edəcək.
"Dərs vaxtı" proqramında abituriyentlərə ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların "şifrələri", kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. ilə bağlı məlumatlar veriləcək. Bütün bunlar abituriyentlərin imtahana daha yaxşı hazırlaşmasına imkan verəcək.