DƏHŞƏT! Azərbaycanda ailə faciəsi: 4 nəfər bıçaqlandı, ölən var

20:45 / 16.06.2020
5560
Gəncədə 4 nəfərin bıçaqlanması ilə nəticələnən hadisə baş verib.
Sfera.az apa-ya istinadən xəbər verir ki, hadisə ailə münaqişəsi zəminində baş verib.
Ailə başçısı həyat yoldaşını, gəlinini və iki nəvəsini bıçaqlayıb. Nənə hadisə yerində dünyasını dəyişib.
Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.