Yük maşını 5 nəqliyyat vasitəsinə çırpıldı; 2 ölü, 7 yaralı – ANBAAN VİDEO

20:33 / 16.06.2020
3756
Rusiyanın Çelyabinsk əyalətində kütləvi yol qəzasının görüntüləri təhlükəsizlik kamerasına düşüb.
Sfera.az "Avtosfer.az"a istinadən xəbər verir ki, hadisə iyunun 16-da "Moskva – Çelyabinsk” avtomagistralının 1649-cu kilometrliyində Katav-İvanovsk rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Kadrlarda, yük maşınının 5 nəqliyyat vasitəsinə - "Lada Qranta”, "VAZ - 2114”, "Audi Q7”, "Renault Sandero” və "Sino" markalı yük avtomobilinə çırpıldığı görülür.
Yük maşınının sürücüsünün bildirib ki, hadisə, əyləcdə yaranan nasazlıq səbəbindən baş verib. İlkinin məlumatlara görə, qəza nəticəsində 2 nəfər ölüb, 7-si isə xəsarət alıb. Faktla bağlı araşdırmalara başlanılıb.