SON DƏQİQƏ! Həkim Bəhram Bağırzadənin son durumunu AÇIQLADI

SON DƏQİQƏ! Həkim Bəhram Bağırzadənin son durumunu AÇIQLADI
 Əməkdar artist Bəhram Bağırzadənin son vəziyyəti açıqlanıb.
 

Sfera.az  xəbər verir ki, bu barədə "Xəzər” televiziyasında yayımlanan "Səni axtarıram” verilişində Mərkəzi Gömrük Hospitalının rəis müavini həkim Bəxtiyar Musayev məlumat verib.

"Qısaca deyə bilərəm ki, Bəhramın vəziyyəti stabildir. Hazırda ümumi vəziyyəti kritik ağır olaraq qalsa da, dünənə nisbətən cüzi də olsa vəziyyətində yaxşılaşma var, ən azından pisləşmə yoxdur”,- deyə o, qeyd edib.

Daha sonra o, Əməkdar artistə ciyər köçürülməsi barədə yayılan xəbərlərə də münasibət bildirib.

"Bu xəbərlər əsassızdır, hazırda qarşımızda belə bir məqsədimiz yoxdur. Bu dəqiqə məqsədimiz xəstəni bu kritik vəziyyətdən çıxarıb, müalicəsini davam etdirməkdir".

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin 90%-dən çox ağciyər toxumasının zədələndiyindən onu ECMO cihazına qoşublar.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.



OXŞAR XƏBƏRLƏR

Madridin mərkəzində qeyri-adi xilasetmə əməliyyatı

Bir neçə gün əvvəl köməyə çağırış alan İspaniyanın paytaxtı Madrid şəhərinin yanğınsöndürmə xidmətinin işçilərinin başına heyrətamiz hekayə gəlib. Belə ki, hadi...

5 nəfərlik dəstə "Amerika" adlı qızıl tualet oğurladı - FOTO

Britaniyada 2019-cu ildə Blenheim sarayından qızıl unitaz oğurlayan oğrular mühakimə olunub. Sərginin bir hissəsi olan unitazın özü heç vaxt tapılmayıb.  ...

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...

Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki,&nbs...

Xocalı soyqırımından 33 il keçir

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsi...