“Günay Sığorta” sosial layihələri ilə seçildi

“Günay Sığorta” sosial layihələri ilə seçildi
 

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və Azərbaycanda virusun qarşısının alınması istiqamətində Respublika Prezidentinin tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır.

Korporativ Sosial Məsuliyyət siyasəti ilə seçilən "Günay Sığorta” pandemiya dövründə əhalinin sağlamlığının qorunması və maarifləndirilməsi məqsədilə "Ailənizin sağlamlığı sizin sığortanızdır!" adlı sosial layihə həyata keçirtdi. Layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərində vətəndaşlara dezinfeksiyaedici məhlul, qoruyucu maska, salfet və maarifləndirici materiallar paylanıldı.

Şirkət Koronavirusla (COVİD-19) Mübarizəyə Dəstək Fonduna 100 min manat məbləğində vəsait köçürtdü. Ölkəmizdə bu xəstəliyə yoluxma hallarının qarşısının alınması və vətəndaşlar arasında məsafə saxlanılması məqsədi ilə saytında onlayn sığorta xidmətləri təqdim etdi.

Yaşlı nəsilə diqqət və qayğı göstərilməsi kimi milli-mənəvi dəyərləri əsas tutaraq, koronavirus epidemiyasına görə Azərbaycanda tətbiq edilmiş xüsusi karantin rejimi səbəbindən evlərində qalan 65 yaşdan yuxarı insanları, yataq xəstələrini, karantin rejimində işləmədiyi üçün sosial durumu çətinləşənləri, çoxuşaqlı kasıb ailələri, ailə başçısını itirmiş qadınları əhatə edən sosial layihə həyata keçirtdi. Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərlərində yaşayan ümumilikdə 100 imkansız ailəyə, bir aylıq ərzaq yardımı təqdim edildi.

"Günay Sığorta” 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Masallı rayonunda yol hərəkəti təhlükəsizliyi ilə bağlı məlumat tabloları yerləşdirilmiş uşaq meydançası balaca sakinlərin istifadəsinə verdi və uşaqlara müxtəlif hədiyyələr paylanıldı.

Korporativ Sosial Məsuliyyət siyasəti "Günay Sığorta” üçün prioritet təşkil edən sahələrdən biridir və əhaliyə dəstək məqsədilə davamlı olaraq sosial layihələr icra ediləcəkdir.



OXŞAR XƏBƏRLƏR

Madridin mərkəzində qeyri-adi xilasetmə əməliyyatı

Bir neçə gün əvvəl köməyə çağırış alan İspaniyanın paytaxtı Madrid şəhərinin yanğınsöndürmə xidmətinin işçilərinin başına heyrətamiz hekayə gəlib. Belə ki, hadi...

5 nəfərlik dəstə "Amerika" adlı qızıl tualet oğurladı - FOTO

Britaniyada 2019-cu ildə Blenheim sarayından qızıl unitaz oğurlayan oğrular mühakimə olunub. Sərginin bir hissəsi olan unitazın özü heç vaxt tapılmayıb.  ...

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...

Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki,&nbs...

Xocalı soyqırımından 33 il keçir

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsi...