Bakıda koronavirusa yoluxma üzrə lider rayon yenə dəyişdi — RƏSMİ

Cəmiyyət
14:50 / 16.06.2020
1895
Paytaxt ərazisində koronavirusa yoluxanların 12,7 faizi Yasamal rayonunun payına düşür.
Sfera.az xəbər verir ki, bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.
Yasamal rayonundan sonra ən çox yoluxma Bakının Xətai (12,2%), Binəqədi (12,1%), Sabunçu (12%) rayonları ərazisində qeydə alınıb.
Ümumilikdə, virusa yoluxmalar paytaxtın Nəsimi rayonunda 10,7%, Suraxanı rayonunda 9,6%, Nəriman Nərimanov rayonunda 8,8%, Nizami rayonunda 7,3%, Qaradağ rayonunda 6,6%, Xəzər 4,4, Səbail rayonunda 3,2% təşkil edib. Bakı üzrə ən az yoluxma isə 0,06%-lə Pirallahı qəsəbəsində qeydə alınıb.