Deputat: “SOCAR Azərbaycan iqtisadiyyatının bel sütunudur”

Deputat: “SOCAR Azərbaycan iqtisadiyyatının bel sütunudur”
 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft-qaz hasilatı ilə yanaşı, neftin, qazın emalı, neft və neft məhsullarının, qazın satışı ilə də məşğuldur. SOCAR ölkənin sosial həyatında fəal iştirak edir, ölkədə həyata keçirilən bütün mühüm sosial-iqtisadi layihələrə öz töhfələrini verir. Azərbaycanın ən iri iş təminatçısı olan şirkət bir sıra sosial və xeyriyyə təşəbbüsləri həyata keçirir. Məsələn, SOCAR 2018-ci ildə xeyriyyə və sosial tədbirlərə 4,6 mln manat vəsait ayırıb. Bura idman, təhsil, mədəniyyət və incəsənət, fərdlərə göstərilən maddi yardımlar və s daxildir.

SOCAR-ın fəaliyyətini qiymətləndirən Milli Məclisin deputatı Tahir Kərimli "MediaPost"a açıqlamasında bildirib ki, bu gün SOCAR bir sıra beynəlxalq layihələrdə iştirak edir, həmçinin şirkət qazancından dövlət büdcəsinə köçürmələr həyata keçirir, yeni yataqların işlənməsinə böyük vəsaitlər yatırır, digər dövlətlərdə də investisiya layihələri həyata keçirir.

"Hesab edirəm ki, bütün bunlar Azərbayca üçün böyük gəlir mənbəyidir. Eyni zamanda, tədbirəlayiq haldır ki, SOCAR Azərbaycanda bir sıra digər sahələrə də yatırımlar edir. Bura sosial layihələr, abadlıq işləri daxildir. Mən bütün bunları illərlə izləyirəm. Mən bunu öz bölgəmdə - Şamaxı, Ağsu, İsmayıllı rayonlarında da görürəm. Bu gün SOCAR rayonların abadlaşdırılması üçün böyük həcmlərdə vəsaitlər qoyur, tədbirlər, layihələr həyata keçirir”, - o əlavə edib.

Millət vəkili ümumilikdə SOCAR-ın fəaliyyətini Azərbaycan iqtisadiyyatının bel sütunu hesab etdiyini bildirib. "SOCAR-ın fəaliyyətini faydalı hesab edirəm. Hesab edirəm ki, SOCAR-ın Azərbaycandakı həm neft, həm də qeyri-neft sahəsindəki müsbət qiymətləndirilməlidir”.


OXŞAR XƏBƏRLƏR

Madridin mərkəzində qeyri-adi xilasetmə əməliyyatı

Bir neçə gün əvvəl köməyə çağırış alan İspaniyanın paytaxtı Madrid şəhərinin yanğınsöndürmə xidmətinin işçilərinin başına heyrətamiz hekayə gəlib. Belə ki, hadi...

5 nəfərlik dəstə "Amerika" adlı qızıl tualet oğurladı - FOTO

Britaniyada 2019-cu ildə Blenheim sarayından qızıl unitaz oğurlayan oğrular mühakimə olunub. Sərginin bir hissəsi olan unitazın özü heç vaxt tapılmayıb.  ...

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...

Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki,&nbs...

Xocalı soyqırımından 33 il keçir

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsi...