"Fövqəladə hal tətbiq edilə bilər" - Şöbə müdiri ehtimalları AÇIQLADI - FOTO

Şöbə müdiri yoluxma sayının daha da artacağı təqdirdə uzunmüddətli sərtləşdirilməyə keçidin qaçılmaz olacağını bildirib:
"Əgər aparılan təhlillər, araşdırmalar yoluxma, ölüm hallarının kəskin artmasını göstərirsə, eyni zamanda əhali arasında aparılan müşahidələr sanitar-gigeyenik normalara əhali, biznes sahibləri tərəfindən tam riayət edilməməsini göstərirsə, kollektiv yoluxma halları baş verirsə, ona uyğun sərtləşdirilmiş tədbirlər ilə bağlı qərarlar qəbul oluna bilər və olunmalıdır da. Bəli, hal-hazırda yoluxma halları artıbdır. Deməli, aprelin sonu mayın əvvəli ilə müqayisədə yoluxma təxminən 300 civarındadır. Yoluxma sayı artıbdır, amma stabil rəqəm saxlanılır. Yəni, 400-500-ə qalxmayıb.
Bu, səhiyyə sisteminin çökməsinə gətirib çıxara bilər.
İnfeksiaların dayandırılmasının ən effektli metodu baryerdir.
Sosial şəbəkələrdə bəzi mütəxəssislərin çıxış etməsi ki, bu iki gün nəyə lazımdır, mən təəssüf edirəm bu cür fikirləri eşitdiyim üçün. Çünki epidemioloqlar, infeksion xəstəliklərlə məşğul olan sovet mütəxəssisləri, müasir mütəxəssislər Avropa, Amerikada, Asiyada fərq eləməz, çoxdan bilirlər ki, infeksiyaların dayandırılmasının ən effektli metodu baryerdir. Yəni, onun yayılmasının qarşısının alınmasıdır. O da insanlar tərəfindən yayılırsa və insandan insana keçirsə, deməli, insanlar arasında kontaktın aradan qaldırılması onun yayılmasının qarşısını almalıdır. Bu, sadə məntiqdir. Məqsəd infeksiyanın yayılmasının tam dayandırılması deyil. Dünyanın heç bir ölkəsində bu yollarla bunu etmək mümkün deyil.
Tibb işçilərinin fəaliyyətində problemlər yaranarsa, ölüm halları artacaqdır.
Əsas məqsəd yoluxma sayını azaltmaqdır ki, balans yaransın, müəyyən dərəcədə yoluxmalar olsa da belə tibb işçilərinin, tibb müəssisələrinin tükənməsi baş verməsin. Çünki tibb müəssisələri ilə tibb işçilərinin fəaliyyətində problemlər yaranarsa, o zaman ölüm halları da artacaqdır. Çünki xəstə sayı artdıqca tibb işçiləri öz diqqətlərini, öz qayğılarını paylaşmalı olacaqlar. Heç kim istəmir ki, Azərbaycanda İtaliya, İspaniya, Böyük Britaniya ssenarisi olsun. Xoşbəxtlikdən indiyə qədər aparılan tədbirlər buna imkan vermir. Ona görə bizdə ölüm sayı azdır. Baxmayaraq ki, son 3-4 həftə ərzində artım müşahidə edirik. Ona baxmayaraq çox güclü artım yoxdur. Ona görə də imkan daxilində sərt tədbirlərlə həftə sonu 2 və ya 3 gün hərəkətin məhdudlaşdırılması ilə hazırkı vəziyyətdə yoluxma hallarını stabilləşdirmək və kəskin artımın qarşısını almaq mümkündür.
Yoluxma halı kontroldan çıxarsa, fövqəladə hala keçid ola bilər.
Birdən yoluxma halı kontroldan çıxarsa, Azərbaycan xalqının, Azərbaycan vətəndaşının və burada yaşayan insanların sağlamlığı təhdid olunarsa, fövqəladə hal, uzun müddətli hərəkətin məhdudlaşdırılması, bununla yanaşı mart, aprel aylarında tətbiq olunan bütün ölkə əhalisinin icazəli (SMS) çölə çıxması, 65 yaşdan yuxarı olan insanların evdən çıxmasının qadağan edilməsi kimi tədbirlər də görülməlidir və mən əminəm ki, görüləcəkdir".