Fətullah Gülən Mübariz Mənsimova pijamasını hədiyyə edibmiş... FOTO

Fətullah Gülən Mübariz Mənsimova pijamasını hədiyyə edibmiş... FOTO
 

FETÖ istintaqı ilə əlaqədar həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovla bağlı gizli şahid ifadələri ortaya çıxıb. Şahid ifadələrinə görə, Mənsimov Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən əvvəl "Ərdoğan tezliklə gedəcək” deyibmiş.

Bu barədə iyunun 14-də Türkiyənin "Sabah” qəzeti və digər nəşrləri məlumat yayıb. Qəzet yazır ki, ötən ilin mart ayında saxlanılaraq həbs edilən azərbaycanlı iş adamı Mənsimov Mübariz Qurban oğlu barəsində FETÖ istintaqı başa çatıb.

Ona "silahlı terror təşkilatına üzv olma” maddəsi ilə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib. İstanbul Baş Prokurorluğu Terrorizm və Mütəşəkkil Cinayətlər Bürosu tərəfindən hazırlanan 26 səhifəlik iddianamə İstanbul Ağır Cəza Məhkəməsinə göndərilib. Şahid ifadələrinə görə tərtib edilən ittiham aktında iddia olunur ki, Mənsimov bu ifadələri 15 iyul çevriliş cəhdindən əvvəl söyləyib.

M. E. adlı gizli şahid İstanbul Baş Prokurorluğunda verdiyi ifadədə bildirib ki, Mənsimov 15 İyul çevriliş cəhdindən bir neçə həftə əvvəl ofisdə olarkən bir neçə dəfə əlini ürəyinə vurub və "bunların hamısı müvəqqətidir, Xoca Əfəndi gələcək” deyib.

"Yəni bunu ürəkdən istəyirmiş kimi danışdı. Bu sözləri o, ofisdə bir vəkillə söhbət edərkən söylədi. Qısa müddətdən sonra çevriliş cəhdinin olduğunu biləndə Mənsimovun əvvəlcədən nələrisə bildiyini düşünərək şirkətdən ayrıldım”, -şahid deyib.

İfadə verən digər bir şahid A.Ç. isə 2014-cü ilin sonu, 2015-ci ilin əvvəlində şirkətin demək olar ki, bütün rəhbər əməkdaşlarının Rusiyanın Rostov şəhərindəki "Palmali” şirkətinə baş çəkərkən yaşananları prokurorluqla paylaşıb: "Şam yeməyi üçün bir restorana gedildi. Yemək əsnasında Mənsimov FETÖ rəhbərinə işarə ilə "Xoca Əfəndi gələcək " deyərək o zaman baş nazir olan Rəcəb Tayyib Ərdoğanla bağlı açıqlama verdi.

A.Ç. həmçinin bildirib ki, Mənsimov hazırda ölkədən qaçan FETÖ idarəçilərindən olan İhsan Kalkavanla birlikdə FETÖ rəhbərini ziyarət edib və orada Mənsimova Gülənin pijama və araqçını hədiyyə olaraq təqdim edilib. 

Şahid qeyd edib ki, bu hədiyyələr daha sonra Mənsimovun şirkətinin girişindəki Dəniz Muzeyində sərgilənib. Prokurorluq bu ifadələr əsasında müəyyən edib ki, təşkilat rəhbəri bəzi üzvlərin təşkilatdakı mövqeyini yüksəltmək məqsədilə onlara öz şəxsi əşyalarını hədiyyə verir. Mənsimov da bu baxımdan təşkilatın yüksək mövqe tutan üzvlərdən biri kimi qiymətləndirilir (virtualaz.org).


OXŞAR XƏBƏRLƏR

Madridin mərkəzində qeyri-adi xilasetmə əməliyyatı

Bir neçə gün əvvəl köməyə çağırış alan İspaniyanın paytaxtı Madrid şəhərinin yanğınsöndürmə xidmətinin işçilərinin başına heyrətamiz hekayə gəlib. Belə ki, hadi...

5 nəfərlik dəstə "Amerika" adlı qızıl tualet oğurladı - FOTO

Britaniyada 2019-cu ildə Blenheim sarayından qızıl unitaz oğurlayan oğrular mühakimə olunub. Sərginin bir hissəsi olan unitazın özü heç vaxt tapılmayıb.  ...

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...

Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki,&nbs...

Xocalı soyqırımından 33 il keçir

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsi...