Yay pəhrizlərində əvəzedilməz meyvə

Yay pəhrizlərində əvəzedilməz meyvə
 Alça yay pəhrizlərində əvəzedilməzdir, 100 qram alçada təxminən 45 kalori var

Sfera.az xəbər verir ki, antioksidant komponentləri ilə bədəni qoruyan və yüksək miqdarda C vitamini ehtiva edən alça xəstəliklərə qarşı müqaviməti artırır. Alça, eyni zamanda, A və K vitaminləri ilə zəngindir. 

Onun digər bir mühüm faydası isə ərzaqlardan alınan dəmir mineralının bədən tərəfindən mənimsənilməsini artıraraq dəmir çatışmazlığına qarşı qorumanı təmin etməsidir. Çox vaxt ona dad vermək üçün duzla yeyirlər. Lakin duzdan istifadə etməyin müəyyən zərərli təsirləri var, çünki bədəndə ödem yaradır və kökəlməyə səbəb olur.

Bundan başqa, alçanın tərkibində çoxlu miqdarda pektin maddəsi var. Pektin bağırsaqların fəaliyyətini yaxşılaşdırır, orqanizmdən toksinləri xaric etməyə kömək edir. Kaliumla zəngin olan alça ürək üçün çox faydalıdır, arterial təzyiqi tənzimləməyə kömək edir. Alça xolesterini aşağı salır və bununla da ürək-damar sistemi xəstəliklərinin riskini azaldır. (interaz)

OXŞAR XƏBƏRLƏR

Madridin mərkəzində qeyri-adi xilasetmə əməliyyatı

Bir neçə gün əvvəl köməyə çağırış alan İspaniyanın paytaxtı Madrid şəhərinin yanğınsöndürmə xidmətinin işçilərinin başına heyrətamiz hekayə gəlib. Belə ki, hadi...

5 nəfərlik dəstə "Amerika" adlı qızıl tualet oğurladı - FOTO

Britaniyada 2019-cu ildə Blenheim sarayından qızıl unitaz oğurlayan oğrular mühakimə olunub. Sərginin bir hissəsi olan unitazın özü heç vaxt tapılmayıb.  ...

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...

Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki,&nbs...

Xocalı soyqırımından 33 il keçir

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsi...