Günay Ağamalı: “Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan böyük faciələrdən xilas oldu”

Günay Ağamalı: “Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan böyük faciələrdən xilas oldu”
 Azərbaycanın fəlakətli dövründə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmiz anarxiya və parçalanmadan, milli dövlətçiliyimizin məhv olma təhlükəsindən, erməni qəsbkarlarının genişmiqyaslı işğalından xilas etdi.

 

Xatirimdədir, o zaman mənim 10 yaşım var idi. Atam proseslərin tam içərisində olduğuna görə mən AzTV və Ans TV-ni diqqətlə izləyirdim. Bir tərəfdən erməni işğalının törətdiyi ağır nəticələr - şəhid, köçkün, itkin xəbərləri, başqa tərəfdən isə daxili parçalanma, ərzaq qıtlığı, çörək çatışmamazlığı kimi acınacaqlı vəziyyət hökm sürürdü. Bir sözlə, Azərbaycan ağır günlərini yaşayırdı. Belə bir ağır durumda ümidsiz qalan xalqımız vəziyyətdən çıxış yolunu yalnız Ümummilli Liderimiz Heydər Əliyevin Bakıya qayıtmasında görürdü. Ən çətin məqamlarda xalqımızın çağırışına səs verən və Azərbaycanın taleyinə biganə qalmayan xalqımızın nadir tarixi şəxsiyyətlərindən olan Heydər Əliyev 09 İyun 1993 - cü ildə Bakıya gəldi və İyun ayının 15 - də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Və beləliklə, 15 İyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

 

Ulu Öndərimizin hakimiyyətə gəlişi ilə Azərbaycan böyük faciələrdən xilas oldu və milli dövlətçiliyimizin təməl daşı qoyuldu. Ümummilli Liderimiz Heydər Əliyevin gərgin əməyi ilə pərdə arxası bütün oyunlara son qoyuldu və Azərbaycanda dövlət quruculuğuna start verildi, Konstitusiyamız qəbul edildi və milli dövlətçiliyimizin əsası olan hüquqi, siyasi, iqtisadi və sosial islahatlar həyata keçirildi, dünya iqtisadiyyatına inteqrasiyası yolunda ciddi addımlar atıldı, aparıcı dövlətlər və Beynəlxalq təşkilatlarla yüksək səviyyədə əlaqələr quruldu. Məhz bu təməl üzərində Azərbaycanımız artıq dünyada ciddi söz sahibinə çevrilən ölkələrdən biridir.

 

Ulu Öndərimizin "Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir" sözləri andımıza çevrilib. Onun yaratdığı müasir Azərbaycan hər birimizin qürur mənbəyidir!

 

Milli Qurtuluş Günü münasibətilə xalqımızı təbrik edirəm. Şərəf Tariximiz

 
Mübarək!


Günay Ağamalı,


Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə müşaviri

OXŞAR XƏBƏRLƏR

Madridin mərkəzində qeyri-adi xilasetmə əməliyyatı

Bir neçə gün əvvəl köməyə çağırış alan İspaniyanın paytaxtı Madrid şəhərinin yanğınsöndürmə xidmətinin işçilərinin başına heyrətamiz hekayə gəlib. Belə ki, hadi...

5 nəfərlik dəstə "Amerika" adlı qızıl tualet oğurladı - FOTO

Britaniyada 2019-cu ildə Blenheim sarayından qızıl unitaz oğurlayan oğrular mühakimə olunub. Sərginin bir hissəsi olan unitazın özü heç vaxt tapılmayıb.  ...

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...

Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki,&nbs...

Xocalı soyqırımından 33 il keçir

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsi...