Müstəqil Azərbaycanın tarixində 15 iyunun rolu

Müstəqil Azərbaycanın tarixində 15 iyunun rolu
Sovetlər birliyindən ayrılandan  sonra Azərbaycan 1991-ci ildə öz müstəqilliyini elan etdi. Ancaq bu müstəqillik vətənimizə çox baha başa gəldi . Ölkəmizin hər yerində separatçılar tərəfindən ixtişaşlar törədilir, Cənubda, Şimalda hərə bir dövlət qurmaq iddiasında idi.Eyni zamanda hakimiyyət orqanlarında hərc-mərclik baş alıb gedirdi. Azərbaycan dövləti çətin  dönəmlərini yaşadığı dövrdə 15 iyun 1993-cü ildə ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı demək olar ki, Azərbaycan dövlətinə yeni nəfəs verdi. Belə ki , Qarabağ uğrunda döyüşlərin şiddətli bir zamanında torpaqlar mənfhur erməni terrorçuları tərəfindən zəbt  edilən bir vaxtda, hakimiyyət normal bir ordu yarada bilmədiyi vaxtda, Cənubdan Əlikram Hümbətov kimi seperatçı Talış Muğan Respublikası qurur. Sürət Hüseynov ordunu döyüş bölgəsindən geri çəkib Bakıya yeridirdi ki, hakimiyyətə gələcək. H.Əliyevin yenidən hakimiyyətə gəlişi ilə  sabitlik yarandı. Ölkədə nizam-intizam bərpa oldu. 

Heydər Əliyev Prezident seçildikdən sonra imzalanmış sazişlər ,    kontraktlar Azərbaycanın inkişaf yolunun başlanğıcı oldu. İlk növbədə atəşkəs elan olundu. Eyni zamanda hakimiyyətdə struktur dəyişiklikləri aparıldı. Yeni Parlament seçkiləri keçirildi. Dövlətimiz möhkəmləndi. Ətraf ölkələrdə nüfuz sahibi oldu. Dünyanın aparıcı dövlətlərinin Azərbaycana marağı artdı. Ölkəmizə  sərmayə qoyuluşu artdı. Müxtəlif tanınmış şirkətlər istehsal üçün Azərbaycana sərmayə yatırdı. Beləliklə, 15 İyun Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Heydər Əliyevin hakimiyyətə qayıdışı Yeni Müstəqilliyi qazanmış ölkəmizə yenidən həyat verdi. Azərbaycanın parçalanmasının qarşısı alındı. Artıq tam əminliklə demək olar ki, Azərbaycan qüdrətli bir dövlətə çevrilmişdir. 

Quliyev Əsabəli 
Nəsimi rayonu sakini
 

OXŞAR XƏBƏRLƏR

4 yaşında evdən qaçaraq itlərlə yaşamağa başlayan oğlan - FOTO

İvanın həyatı sevimli uşaqlıq nağılından daha çox faciəli romana bənzəyirdi. Spirtli içki aludəçisi babası tərəfindən böyüdülüb və çox vaxt günlərlə evdə tək qa...

Martda öldü, dörd ay sonra dirildi: İstanbulda filmlərə bənzəyən hadisə

İstanbulda filmlərə bənzəyən hadisə baş verib. Erol T. adlı vətəndaş mart ayında həyatını itirib və onun cansız bədəni Ədliyyə Tibb Qurumunda qardaşı tərəfindən...

Ağdaban qətliamından 33 il ötür

Bu gün Ağdaban qətliamının növbəti ildönümüdür.   Sfera.az  xatırladır ki, erməni silahlı qruplaşmalarının 1992-ci il aprelin 7-dən 8-nə keçən g...

Ceyhun Bayramov həmkarı ilə görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə görüşüb....

Rəşad Nəbiyev İsraildə səfərdədir

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrailə işgüzar səfər edib.   Sfera.az xəbər verir ki, səfər çərçivəsində nəqliyyat və yol təhlükə...

Daşkəsəndə bıçaqlanma hadisəsi: polis əməliyyat keçirdi

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan ...