Narkotiklə saxlanıldı, digər cinayətinin də üstü açıldı

Kriminal
16:50 / 15.06.2020
4251
Bakıda narkotik vasitə ilə tutulmuş E.Allahverdiyevin başqa cinayət törətdiyi də ortaya çıxıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, E.Allahverdiyevin ətrafında Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb.
Onun rayon ərazisində bir evdən kombi aparatı, bir avtomobildən maqnitofon, S.Kərimovun velosipedini və Ə.Kazımovun mobil telefonunu oğurlaması da müəyyən edilib.