Bakıda yol polisini maşın vurdu
17:54 / 30.03.2016
957
Bakıda yol polisi əməkdaşını maşın vurub.
Sfera.az bildirir ki, şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə bu gün saat 17.30 radələrində "Azneft" dairəsində qeydə alınıb. Polisin "saxla" əmrinə tabe olmayan "Daewoo" markalı avtomobil xidmətdə olan yol polisi inspektorunu vuraraq ərazidən uzaqlaşıb. Xəsarət alan polis əməkdaşı xəstəxanaya aparılıb.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən sürücü Bayraq Meydanı yaxınlığında saxlanılıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən fakt təsdiqini tapıb. Xəsarət alan polis əməkdaşınınNəsib Həsənov olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.