Keçmiş futbolçu koronavirusdan öldü

12:10 / 15.06.2020
2431
Meksika milli komandasının sabiq futbolçusu Aaron Padilya vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. 78 yaşlı sabiq futbolçu koronavirusdan ölüb.
Meksika yığmasında 55 oyun keçirən Padilya, yığmada 8 qol vurub. Keçmiş hücumçu bu ölkənin "Pumas”, "Atlante” və "Verakrus” klubdarında da forma geyinib.