Türkiyədə yenə zəlzələ oldu

Dünya
11:50 / 15.06.2020
2677
Türkiyənin Bingöl Karlıova bölgəsində 5.6 bal gücündə zəlzələ olub.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakətlər və Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Açıqlamaya görə, zəlzələ səhər saat 09:51 radələrində yer səthindən 7 kilometr dərinlikdə baş verib. Dağıntı və tələfat barədə hazırda məlumat yoxdur. Xatırladaq ki, Bingöl vilayətində ötən gün baş verən zəlzələ 5.7 bal gücündə idi.