Millət vəkili məzunların “son zəng”inə qatıldı - FOTO

Millət vəkili məzunların “son zəng”inə qatıldı - FOTO

66 saylı Biləsuvar dairəsindən Milli Məclisə deputat seçilən Bəhruz Məhərrəmov özünün rəsmi Facebook səhifəsindən Biləsuvara səfəri haqda məlumat verib.

 

 

Sfera.az millət vəkilinin sözügedən paylaşımını oxucularına təqdim edir:


"Dünən və bu gün Biləsuvar məzunlarının "son zəng"ində iştirak etdik. Təəssüfki, pandemiya bizə mərasimi ənənəvi üslubda keçirməyə imkan vermədi. Lakin əsas odur ki, səsimizi, sözümüzü, sevgimizi bölüşə bildik, ən xoş arzularımızı məzunlara, həmçinin dəyərli müəllimlərimizə çatdırdıq. Habelə, qəbul imtahanlarında, ən yüksək bal toplayacaq 3 məzuna hədiyyəmiz olacağını elan etdik.

Əziz gəncliyimiz, ümid edirəm, nəticələriniz yalnız Biləsuvar deyil, ümumrespublika səviyyəsində seçilib fərqlənər. Bir daha hər birinizə və Sizin timsalınızda bütün Azərbaycan məzunlarına can sağlığı, xoş firəvan həyat, dövlətimizin rifahı, inkişafı yolunda yorulmaz və prinsipial olmağı arzu edirəm!”

Sfera.az



OXŞAR XƏBƏRLƏR